2024-cü ildə Türkiyədən 3,4 milyard dollarlıq təzə meyvə və tərəvəz ixrac edilib.
Newscenter.az Aralıq dənizi Yaşı Meyvə və Tərəvəz İxracatçıları Birliyinə istinadən xəbər verir ki, ixracda ilk məhsul naringi təşkil edib. Bu məhsul üzrə ən çox ixrac olunan ölkələrdə isə Rusiya birinci yerdədir.
Hesabat dövründə ixracatda 427 milyon dollarla pomidor ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə isə 357 milyon dollarla limon məhsulu yer alıb.
Keçən il ixracat həcmində ən çox artım kartof, gavalı, şaftalı, portağal, ərik, əncirdə qeydə alınıb.
Meyvə-tərəvəz məhsullarının ən çox ixrac etdiyi ölkələr siyahısında Rusiya, Almaniya və Rumıniya qərarlaşıb.
Mehman Mehdiyev