"Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Prezident İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündə bir çox vacib məsələlər müzakirə edilib. Eyni zamanda Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanatlarda da mühüm mesajlar verilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Tural Məmmədov deyib ki, Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var. Çünki bu Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk xarici səfərdir:
"Cənab Prezident də rəsmi qonağı və onun təmsil etdiyi “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Vurğulanıb ki, Gürcüstandakı parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir".
O qeyd edib ki, strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub:
"Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisidir".
Anar Əliyev