Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının car il üçün ilk iclası keçirilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iclasın gündəliyinə dövlətin “gizli konstitusiyası” kimi qələmə verilən və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi də yer alıb.
Dövlətin daxili və xarici təhdid qavrayışlarını ortaya qoyan Milli Təhlükəsizlik Siyasəti Sənədi Türkiyənin dəyişən təhdid qavrayışlarına və regional təhlükəsizlik dinamikasına uyğun olaraq yenilənəcək.
MGK toplantısında terrorla mübarizə, Suriyada yeni dövr, İsrail və HƏMAS arasında atəşkəs, Şərqi Aralıq dənizi və Rusiya-Ukrayna müharibəsi kimi regional və qlobal məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Anar Əliyev