Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev Ərdoğana başsağlığı verdi

Tokayev Ərdoğana başsağlığı verdi


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyə Respublikasının Prezidentinə başsağlığı teleqramı göndərib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qasım-Jomart Tokayev teleqramında Bolu vilayətindəki Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində çoxlu sayda insanın həlak olması ilə bağlı dəhşətli xəbəri dərin sarsıntı ilə qarşıladığını bildirib.

Bundan əlavə, dövlət başçısı Qazaxıstan xalqı və şəxsən öz adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, yaxınlarını itirənlərin ailələrinə, eləcə də qardaş türk xalqına başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Anar Əliyev
Xəbəri paylaş