Türkiyənin xarici işlər naziri Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Newscenter.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Hakan Fidan həmkarına yeni vəzifəsində uğurlar arzulayıb.
Telefon danışığı zamanı tərəflər Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq əməkdaşlığı qarşılıqlı hörmət və etimad əsasında həyata keçirmək əzmində olduqlarını vurğulayıblar. Onlar regional məsələlərdə koordinasiyada fəaliyyət göstərməyin vacibliyini bildiriblər.
Anar Əliyev