Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələr mərhələsində

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələr mərhələsində


Yaşadığımız regionda davamlı təhlükəsizlik,sülh və əminamanlığın təmin edilməsi üçün Azərbaycan-Gürcüstanla münasibətlərin daim yüksək səviyyədə olması, qarşılılı hörmət və qarşılılı faydalılıq prinsipi əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir.Bunu şərtləndirən önəmli amillərdən biri kimi iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmaslar və qarşılıqlı səfərlərin,o cümlədən hökumətlərarası və parlamentlərarası münüsibətlər,xüsusən də ölkələrimizin ali rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın yeni layihələr mərhələsinə keçməsində güclü təkanverici amil rolunu oynayır və hər iki ölkənin qarşılıqlı maraqlarına cavab verən nəticəliliyinin artırılmasının etibarlı bazasını yaradır.
Bu kontekstdə yanvarın 17-də Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri Azərbaycanla Gürcüstanın yeni əməkdaşlıq mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir.Bunun əsas konturları Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxışlarında aydın göründü.Azərbaycan Prezidenti öz çıxışında bildirib ki,”bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir.”Qeyd edilib ki,.”Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərnayə qoyub.Xüsusi vurğulanıb ki, iki ölkə arasında energetika sahəsindəki əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.”Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır.Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi-ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür.Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.” Bununla paralel olaraq, Azərbaycanla Gürcüstan birlikdə yaşıl enerji layihələrini də həyata keçirir.Xüsusi diqqət yetirilən məsələlərdən biri də iki ölkənin Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərməsi məsələsi olub və bildirilib ki,Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki,Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil,həm də etibarlı tərəfdaş və qardaş ölkədir.Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Baş naziri bu kontekstdə vurğuayıb ki, “bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq”. İqtisadi-ticari sahədəki əlaqələr də müsbət dəyərləndiilib və bildirilib ki,” biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır.Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir.”İrakli Kobaxidze ikitərəfli əlaqələrimizin dərinləşməsinin beynəlxalq əhəmittətindən danışdıqda qeyd edib ki,”biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik.Biz birgə fəaliyyətimiz nəticəsində çox mühüm layihələr həyata keçırmişik.Hazırda üzərində işlədiyimiz növbəti layihələr bizim ölkələrin mənafeyi naminə potensialı genişləndirəcək.”
Bəyanatlarda səsləndirilən fikirlər və verilən mesajlar Azərbaycan-Gürcüstan münasibətlərin yüksək səviyyədə olduğunu və tərəflərin ikitərəfli, regional və beynəlxalq formatlarda ölkələrimizin bir-birinin maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının bundan sonra da artan xəttlə davam etdirilməsi əzmini nümayiş etdirdi.
Bu görüş bir daha göstərdi ki, hər iki tərəf-Azərbaycan və Gürcüstan yeni layihələr kontekstində və bütün mümkün sahələrdə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır.Son zamanlar ölkələrimiz arasında yaşıl energetika və kommunikasiya sahələrində konkret layihələr üzrə əməkdaşlığın genişlənməsi, bu layihələrin təmiz enerji təchizatçısı kimi həm Azərbaycan və həm də Gürcüstanın əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı,perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına əlavə impuls verəcəyi şəksizdir.
Əli Məsimli
Milli Məclisin deputatı
Xəbəri paylaş