Yanvarın 29-da baş tutan bələdiyyə seçkilərində seçici fəallığının çox aşağı olması və səsvermə günü müəyyən qüsurlara yol verilməsinə baxmayaraq, seçkinin normal atmosferdə keçirildiyini deyə bilərik.
Bunları Newscenter.az-a bələdiyyə seçkilərlərinin nəticələri ilə bağlı AMİP liderinin köməkçisi Əli Orucov deyib.
Partiya funksioneri bildirib ki, AMİP 25 namizədlə seçki marafonuna qatılıb və onlardan 8 nəfəri müxtəlif yerli özünüidarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb:
"Bunun özü də yaxşı nəticədir. Hesab edirəm ki, partiyanın seçkili orqanlarda təmsilçiliyi müsbət hadisədir və qazanılmış zəngin təcrübə imkan verəcəkdir ki, bizə etimad göstərənləri layiqli təmsil edək. AMİP-ın qazandığı uğurlar ümumilikdə cəmiyyət və dövlətimiz üçün faydalıdır. Bu, demokratik dəyərlərin inkişafında öz töhfəsini verəcək. Fürsətdən istifadə edərək bələdiyyə seçkilərində uğur qazanan əqidədaşlarımı təbrik edirəm".
Süleyman