Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub


Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı hər zaman bir nümunə olmuşdur. Gənclərlə bağlı məsələləri hər zaman öz siyasətinin əsas tərkib hissələrindən biri olaraq hesab etmişdir .Onun 1969-1982 -ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocağı ,gənclik mərkəzləri ,hərbi məktəblər açılmış, minlərlə Azərbaycan gənci keçmiş SSRi-nin nüfuzlu Ali məktəblərində təhsil almış,müasir ixtisaslara yiyələnmişdir .15000-dən çox gənc təhsil almağa göndərilmiş və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlamışdır .Həmin gənclərin böyük bir qismi dövlət quruculuğunda yaxından iştirak etmiş, Hüquq Mühafizə Orqanlarında rəhbər kimi çalışmağa başlamışdır .1993- cü ildə Heydər Əliyev gənclər ilə görüşündə “Azərbaycanın gələcəyi sağlam düşüncəli gənclərdir”-deyərək onlara inandığını bildirmişdir .Bu söz sanki şüara çevrilməyə başlamışdır .

“Siz gənclər Azərbaycanın bu günü ,gələcəyisiniz .Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik ,sizə tapşıracağıq !”şüarı da Heydər Əliyevin gənclərə inandığının sübutudur .

Bakı Qızlar Universitetinin tələbəsi Xudaşlı Ləman
Nizami rayon gənci
Xəbəri paylaş