Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT silsilə təlimlər keçirəcək

KTMT silsilə təlimlər keçirəcək


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2025-ci il üçün təlimlər planını təsdiq edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 2025-ci ilin mart ayında birgə qərargah, katiblik, eləcə də maraqlı nazirlik və idarələr üçün strateji komanda-qərargah təlimləri təşkil olunacaq. Sentyabrda Belarusda kollektiv çevik reaksiya qüvvələrinin iştirakı ilə “Qarşılıqlı fəaliyyət-2025” təlimləri, kəşfiyyat qüvvələri və vasitələrinin “Axtarış-2025” təlimləri və maddi-texniki təminat üzrə “Eşelon-2025” təlimləri keçiriləcək. Eyni zamanda, “Qərb-2025”in Belarus və Rusiya silahlı qüvvələrinin birgə strateji təlimlərinin məqsədləri ilə əlaqələndirilməsi planlaşdırılır.

Oktyabrın birinci yarısında Qırğızıstanda “Şep-2025” komanda-qərargah təlimləri keçiriləcək. Burada Mərkəzi Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələri iştirak edəcək.

Oktyabrın ikinci yarısında Tacikistanda sülhməramlı qüvvələrin “Sarsılmaz qardaşlıq - 2025” və “Sədiyyə-2025” xüsusi təlimləri keçiriləcək.

Bundan əlavə, bu il Tacikistanda terrorla mübarizə təlimləri təşkil olunacaq.

Təlimlər zamanı Şərqi Avropa və Mərkəzi Asiyadakı təhdidlərə üstünlük veriləcək.

Anar Əliyev
Xəbəri paylaş