"Ukrayna anbarlarında qazın həcmi 10% azalıb. Rusiya qazının tranzitinin dayandırılmasından sonra Ukrayna ayda ən azı 100 milyon kubmetr qaz idxal etməlidir. Bundan başqa, hava proqnozu fevral ayında havanın temperaturunun azalacağını göstərir. Kiyevin qaz tranzitini dayandırması nəticəsində qazın qiyməti artıb və bütünlükdə “Avropa üçün bu, yeni ildən bəri ən yüksək səviyyəyə çatır”.
Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bunları Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova deyib.
Nazirin sözlərinə görə, Kiyevin Ukrayna ərazisindən qaz tranzitini dayandırması bu yanacağın qiymətinin artmasına təkan verməklə yanaşı, Ukraynanın özü üçün də çətinliklər yaradıb.
Mehman Mehdiyev