"Şimal-Cənub dəhlizinin işi və bu dəhlizin işinin genişləndirilməsi ilə bağlı məsələ Qazaxıstan və Rusiya hökumət başçılarının ikitərəfli görüşündə müzakirə edilib",
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
O deyib ki, bu marşrut Belarus və Rusiyanı Qazaxıstanla birləşdirir, daha sonra Türkmənistandan keçməklə Cənubi Qafqaza yol açır:
"Eyni zamanda, ölkəmiz Aktau və Kurık limanlarının imkanlarını genişləndirir, Rusiya ixracatçıları üçün əlverişli şərait yaradır. Rusiyanın Mahaçqala limanında dərinləşdirmə planları da müzakirə olunub".
Nazir həmçinin Çin, Rusiya və Qazaxıstan arasında tranzit axınlarının inkişafında mühüm addım olacaq Çinlə sərhəddə yeni üçüncü dəmir yolu keçid məntəqəsi layihəsinin perspektivlərini qeyd edib.
Mehman Mehdiyev