Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan özündə siyasi iradə tapsa, sülh müqaviləsi imzalana bilər

Paşinyan özündə siyasi iradə tapsa, sülh müqaviləsi imzalana bilər


"Sülh istəyən dövlət, provakativ davranışlara yol verməməli, ələlxüsus, Azərbaycanın narazılığına səbəb olan həssas mövzularda diqqətli olmalıdır. Ona görə də, Azərbaycan cəmiyyətində, Ermənistan hakimiyyətinin sülhə yönəlik bəyanatları, inamsızlıq yaradır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın sülh imitasiyasına münasibət bildirərkən səsləndirib. Deputat deyib ki, sülh müqaviləsinin imzalanması Ermənistandan asılıdır:

"Əgər, Paşinyan özündə siyasi iradə tapsa və Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərin ədalətli, beynəlxalq hüquqa uyğun olduğunu erməni xalqına inandıra bilsə, sülh müqaviləsi imzalana bilər".

Süleyman
Xəbəri paylaş