"Həmrəyliyimizi, milli birliyimizi zəiflədən, cəmiyyətdə parçalanma və qütbləşməyə səbəb olan açıqlamalarla çıxış etməkdən çəkinmək lazımdır".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, yazıçı Əlisa Nicatın son müsahibəsində səsləndirdiyi qalmaqallı fikirlər Səməd Vurğun və Mircəfər Bağırovla bağlı qızğın müzakirələrə səbəb olmaqla yanaşı, 1937-ci il repressiyaları və Stalinlə bağlı fikirlərdə çaşqınlıq yaratdı, bir xeyli suallar doğurdu:
"Tarix sensasiya predmeti olmamalıdır. İndi sensasiya yaratmaq vaxtı deyil. Həmrəyliyimizi qorumalıyıq!".
Süleyman