
Özbəkistan 2025-ci il oktyabrın 1-dək Qazaxıstana 16 milyard kubmetr su göndərəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitov və Özbəkistanın su ehtiyatları naziri Şavkat Xamraev ikitərəfli su əməkdaşlığının dərinləşdirilməsi üzrə birgə işçi qrupunun iclasında razılaşıblar.
Bu, əvvəlki su təsərrüfatı ilindən 1 milyard kubmetr çoxdur. 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər Qazaxıstana 15 milyard kubmetr nəql edilib.
Özbəkistan tərəfi həmçinin 2025-ci ilin suvarma mövsümündə Dostıq kanalı vasitəsilə dayanıqlı su təchizatına öz töhfəsini verəcək.
Bundan əlavə, nazirlər Qazaxıstanın Türküstan və Özbəkistanın Cizzax vilayətində fermerlərin su təchizatını yaxşılaşdırmağa imkan verəcək dövlətlərarası kanallarda təmir işlərinin birgə aparılması barədə razılığa gəliblər.
Anar Əliyev