
Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Vətəndaş Cəmiyyəti toplantısı keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Eko Avrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren məlumat verib. O bildirib ki, toplantının aprelin 10-da keçiriləcəyi nəzərdə tutulub.
Hikmet Eren deyib ki, toplantı EkoAvrasiya Fondu, İpək Yolu İctimai Diplomatiya Təşkilatı və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Birliyinin (TÜRKŞİT) birgə təşkilatçılığı ilə baş tutacaq.
"Məqsəd Türk dünyasında vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi, gələcək vizyonun müəyyənləşdirilməsi və ortaq strategiyaların formalaşdırılmasıdır".
Süleyman