
Qazaxıstanın Türküstan vilayətində turistlər üçün QR kodlu xüsusi kartlar tətbiq ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, vilayət rəhbərinin müavini Zülfüxar Yoldasov şəhərdəki təşkilatlarla görüşdə Türküstanın potensialının artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə əlilliyi olan insanlar üçün əlçatan infrastrukturun və inklüziv turizmin yaradılması, eləcə də şəhər üçün unikal dizayn kodunun tətbiqi müzakirə edilib.
Həmçinin, Türküstanda Novruz bayramının 10 gün qeyd etmək nəzərdə tutulub. Tədbirlər 14-23 mart tarixlərində baş tutacaq.
Mehman Mehdiyev