
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki maddəsiylə bağlı hələ də ümumi razılıq yoxdur. Üstəgəl razılıq əldə olunsa belə Azərbaycanın şərtlərinin təmin edilmədiyi halda sazişin imzalanması mümkünsüz görünür. Yəni, başqa sözlə desək haqqında danışılan və özündə qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrə olan müraciətlərdən imtina edilməsi, eləcə də Avropa İttifaqının müşahidə missiyasının regiondan çıxarılması ilə bağlı məsələlər həllini tapsa belə ərazi iddialarının yer aldığı Konstitusiya dəyişikliyi baş vermədən, eləcə də ATƏT Minsk Qrupunun buraxılması ilə bağlı təkliflərimiz müsbət şəkildə həll olunmadan sülhz sazişini imzalamaq mümkün olmayacaq".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O qeyd edib ki, süsusən də ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasında və digər hüquqi aktlarda dəyişiklik olmayacaqsa sülh sazişinin imzalanmasının hər hansı bir mənası yoxdur:
"Məlumdur ki, Ermənistan konstitusiyasında bu ölkənin müstəqilliyi haqqında bəyannaməyə istinadlar yer alıb. Həmin bəyannamədə Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları öz əksini tapdığı üçün mütləq şəkildə konstitusiyada dəyişikliklərin olması vacibdir. Əks təqdirdə sülh sazişinin də bir əhəmiyyəti qalmır".
Yusif Bağırzadə deyib ki, Ermənistan isə müvafiq dəyişikliyi etməyə hazır deyil və ya bunu istəmir:
"Biz ara-sıra Paşinyanın “Real Ermənistan” layihəsi haqqında bəyanatlarını eşidirik və özləri də etiraf edir ki, Konstitusiya dəyişikliyinə ehtiyac var. Amma bu istiqamətdə konkret addımlar atmadıqca deyilənlər bəyanat olaraq da qalır.
Paşinyan Konstitusiya dəyişikliyinin 2026-cı ildə mümkün olacağını deməklə bir tərəfdən öz mövqeyini qoruyub saxlamağa və 2026-cı ildə keçiriləcək seçkilərdə qələbə çalacağı halda dəyişikliklərə getmək istəyir, digər tərəfdən isə vaxt udmaqla, Ermənistanın təhükəsizliy adı altında sürətli silahlanmanı həyata keçirir. Səbəbin nə olmasından asılı olmayaraq Konstitusiya dəyişikliyinin bu il ərzində baş verməyəcəyi məlumdur. Odur ki, cari ildə sülh sazişinin bağlanacağı da mümkün görünmür. İndiki mərhələdə maksimum Konstitusiya dəyişikliyinin Ermənistan üzərinə öhdəlik olaraq qoyulduğu hanısa çərçivə sazişi imzalana bilər. O da, digər məsələlrələ bağlı razılıq olacağı halda".
Süleyman