
İlin ilk iki ayında Türkiyədə ixrac 41,9 milyard dollara çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə ticarət naziri Ömər Bolat deyib. O deyib ki, bu müddətdə ixracat 2,1 faiz artıb.
Nazirin sözlərinə görə, fevral ayında ixracat 20 milyard 800 milyon dollar olaraq reallaşıb.
Qətiyyətlə həyata keçirilən iqtisadi proqramdan müsbət nəticələr əldə etməyə davam etdiklərini bildirən Bolat, 2024-cü ildə xalis mal və xidmət ixracının artıma töhfəsinin 1,1 bal olacağını söyləyib.
Türkiyənin məşğulluğunda da ümidverici inkişafın olduğunu qeyd edən Bolat, "Yanvar ayında işsizlik 8,4 faizə düşüb. Bu, 2013-cü ildən bəri ən aşağı işsizlik nisbətini təşkil edir",-deyə bildirib.
Anar Əliyev