Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alpagutun İordaniyada federasiyası yaradılacaq

Alpagutun İordaniyada federasiyası yaradılacaq


İordaniya Krallığının parlamentinin deputatları Azərbaycana səfərə gəliblər.

Newscenter.az xəbər verir ki, irodaniyalı deputatlar Arva Ali və Muhəmməd bəy Bakı səfərləri çərçivəsində Dünya Alpagut Federasiyasının prezidenti Jalə Əhmədova ilə görüşüblər.

Bu barədə məlumat verən Jalə Əhmədova bildirib ki, görüş zamanı Alpagutun İordaniyada federasiyasının yaradılması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı ərəb ölkələrində Alpagut döyüş sənətinə artan maraq, gələcək birgə inkişaf planları və əməkdaşlıq imkanları müzakirə olunub

Jalə Əhmədova, "Arva xanımın Alpaguta xüsusi marağı və şəxsi təşəbbüsü isə məni xüsusilə sevindirdi.

Arva xanıma və Muhəmməd bəyə səfər zamanı gərgin görüşlər qrafikinə baxmayaraq, Alpagut komandası ilə görüşmək təşəbbüslərinə görə təşəkkür edirəm! Birlikdə Alpagutu yeni üfüqlərə daşıyacağıq!",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş