
"Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında yaranan süni əngəllərin hər biri rəsmi İrəvandan qaynaqlanır. Nikol Paşinyan administrasiyası sülh danışıqları üzərindən imitasiya edir, vaxt qazanmağa çalışır".
Newscenter.az xəbər verir ki, bunları siyası şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, rəsmi Bakının əlaqələri bərpa etmək üçün irəli sürdüyü tələblər bəllidir:
"Ermənistan Azərbaycana qarşı konstitusiyasında yer alan ərazi iddialarından əl çəkməlidir, kommunikasiyaları açmalıdır və maneəsiz dəhliz prinsipinə əməl etməlidir. Bunlar olduqca sadə, həlli edilməsi bir o qədər asan tələblərdir.
Lakin, Ermənistan rəsmiləri bizim haqlı tələblərimizi fərqli müstəvidə canlandırmağa çalışır, silahlara nəzarət prinsipi kimi absurd yanaşmalar irəli sürür, varlığının heç bir hüquqi əsası olmayan ATƏT-in Minsk qrupunu canlandırmağa çalışır, Monitorinq-Müşahidə Missiyası çətiri altında provokatif addımlar atırlar".
Pərviz Mirizadə deyib ki, mövcud reallıqlar Ermənistan hakimiyyətinin sülhdən nə qədər uzaq olduğunun göstəricisidir.
Süleyman