Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Turizm Agentliyində baş verənlər əslində bir həyəcan siqnalı idi

Dövlət Turizm Agentliyində baş verənlər əslində bir həyəcan siqnalı idi


Əli Orucov: "Dövlətin müxtəlif strukturlarına kadr təyinatları olarkən ciddi araşdırılma aparılmalıdır"

"Hər bir hakimyyətin uğurlu fəaliyyət göstərməsi və uzunömürlü olması kadrların düzgün seçilməsi və yerləşdirilməsindən də bilavasitə asılıdır. Təəssüf ki, Azərbaycanda bir çox hallarda kadrların seçilməsi və vəzifə pillələrinə çəkilməsində neqativ hallar uzun müddətdir müşahidə olunmaqdadır".

Bu fikirləri Newscenter.az-a AMİP liderinin köməkçisi Əli Orucov son günlər Dövlət Turizm Agentliyində cərəyan edən proseslərə toxunarkən səsləndirib. O deyib ki, vəzifələrə bilik və bacarıqlara, ixtisaslarına uyğunluğuna, vətənə və dövlətə sadiqliyinə görə deyil, qohumluq və yaxınlıq münsibətlərinə görə çəkilmə nəticədə sonradan xoşagəlməz tendensiyalara yol açır:

"Ya təyinat aldıqları yerdə yarıtmaz idarəçilik, axsamalar və qanunsuzluqlar baş alıb gedir, yaxud da xarici təsir dairələrinin toruna salınır. Dövlət Turizm Agentliyində baş verən hadisələr əslində bir həyacan siqnalı idi ki, dövlətin müxtəlif strukturlarına kadrlar yerləşdirilərkən ciddi araşdırılma aparılmalı, təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir".

Əli Oruclunun sözlərinə görə, təyinata təqdimat verən şəxslər də məsuliyyətə cəlb olunmalıdır ki, təsadüfi adamların hansısa öz maraqlarına görə dövlətin mühüm postlarına yerləşdirilməsinin qarşısı alınsın:

"Bundan öncə Kənd Təsərrüfatı Nazirliyində də analoji hal baş vermişdi və Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev bunu ifşa edəndən sonra nazir Məcnun Məmmədov feminsit müşavirini işdən xaric etmək məcburiyyətində qaldı".

Süleyman
Xəbəri paylaş