Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan ərazi itkilərinə məruz qalacaq

Ermənistan ərazi itkilərinə məruz qalacaq


Ermənistan iki ildir ki, Azərbaycanla Kəlbəcər və Zəngəzurda şərti sərhəddə mühəndis istehkam işləri aparır. Bunkerlər və atəş sahələri yaradılıb. Bu ölkə Hindistandan aldığı artilleriya sistemlərini Azərbaycanla sərhəddə atəş nöqtələrində yerləşdirib. Avropa ittifaqının yarım hərbi mülki missiyası isə, Ermənistanın bu hərbi hərəkətliliyinə susqunluq nümayiş etdirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə hər hansı ağır silahlar yerləşdirməyib və hərbi hərəkətlilik də yoxdur:

"Bunu Ermənistan tərəfi də təsdiq edib. Amma, Ermənistan tərəfi hər keçən gün Azərbaycanla sərhəddə qoşun növlərinin yerdəyişməsini həyata keçirir.
N.Paşinyan bir tərəfdən sülh müqaviləsinin bağlanması istiqamətində açıqlamalar verir, digər, tərəfdən müharibə hazırlığı edir".

Politoloq hesab edir ki, Ermənistan avantüraya gedib, Azərbaycana qarşı hərbi il əməliyyatlara əl atarsa, ərazi itkilərinə məruz qalacaq".

Süleyman
Xəbəri paylaş