Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp ABŞ-ın 100 ilə yaxın yürütdüyü sabit və klassik siyasətini alt-üst etdi

Tramp ABŞ-ın 100 ilə yaxın yürütdüyü sabit və klassik siyasətini alt-üst etdi


"Trampın ikinci dəfə ABŞ hakimiyyətinə sahiblənməsi, bu ölkənin 100 ilə yaxın yürütdüyü sabit və klassik siyasətini alt üst etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Tramp hakimiyyətə gələr-gəlməz qlobal miqyasda ABŞ demokratiyasını ilk növbədə Amerikada və ardınca dünyada gündəmdən çıxartmağa nail oldu:

"Hazırkı ABŞ , müttəfiqləri ilə problem yaşamaqdadır və əks qütbdə olan rəqib ölkələrlə münasibətlərinə yenidən baxmaq üçün addımlar atmağa başlayıb. İran, Çin və digər ölkə rəhbərlərinə məktublar göndərdi və telefon danışıqları həyata keçirdi. Xüsusilə də ABŞ-ın Kreml rəhbəri Vladimir Putinə, Rusiyaya qarşı yürütdüyü siyasəti dəyişdi. Bu siyasət xüsusilə Rusiya -Ukrayna müharibəsi fonunda dünyada birmənalı olaraq qarşılanmadı. Hər şeyə rəğmən ABŞ prezidenti Donald Tramp, müttəfiq ölkələr tərəfindən tənqid və iradlara baxmayaraq, ölkəsinin imicini və etimadını risk altına qoyaraq Rusiya ilə xoş münasibətlər qurmağa təşəbbüs göstərdi və bu təşəbbüs çərçivəsində Moskva və Kiyev arasında gedən müharibəni sonlandırmağa cəhdlər etdi".

Ekspert qeyd edib ki, bu cəhdlər hazırda heç bir effekt vermir:

"Amma, bu o demək deyil ki, atılan addımlar əbəs yerə həyata keçirildi. Əslində lazım olan addımlar atılıb və danışıqlar prosesi davam edəcək. Tərəflər öz şərtlərini irəli sürüb. Burada ABŞ -ın da şərtləri əhəmiyyət daşıyır. İndi şərtləri qəbul etdirmək üçün savaş meydanında hərbi üstünlüyü əldə etmək istiqamətində daha kəskin şəkildə muharibə davam edə bilər. Bu münaqişə və müharibə aparan ölkələr üçün klassik üsullardan biri kimi qəbul edilir. Daha sonrakı proseslərdə yenidən danışıqlar masasında razılaşmalar mütləq ki, baş verəcək".

Anar Əliyev
Xəbəri paylaş