Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şavkat Mirziyoyev Macarıstan və Sloveniyaya səfər edəcək

Şavkat Mirziyoyev Macarıstan və Sloveniyaya səfər edəcək


Mayın 19-22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Macarıstan və Sloveniyada rəsmi səfərdə olacaq.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, Mirziyoyev Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə mayın 19-da Budapeştə gedəcək.

Səfər zamanı yüksək səviyyəli danışıqlar, Macarıstan rəsmiləri və aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçiriləcək.

Gündəliyə iki ölkə arasında praktiki əməkdaşlığın və strateji tərəfdaşlığın daha da genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan prezidenti mayın 21-də Macarıstanın paytaxtında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak edəcək.

Prezident Şavkat Mirziyoyev mayın 22-də isə Lyublyanada Sloveniya Prezidenti Nataşa Pirs Musarla görüşəcək, bu ölkənin parlament və hökumətinin rəhbərliyi ilə danışıqlar aparacaq, birgə biznes tədbirlərdə iştirak edəcək.

Qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, əczaçılıq, sənaye, qida və tekstil sektorlarında əməkdaşlıq layihələrinin həyata keçirilməsi, əmək miqrasiyası sahəsində əməkdaşlıq, humanitar əlaqələrin genişləndirilməsi məsələlərinə baxılacaq.

Cavid İmaməliyev
Xəbəri paylaş