Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəffaflıq və idarəetmə alətlərinin təkmilləşdirilməsi zəruridir

Şəffaflıq və idarəetmə alətlərinin təkmilləşdirilməsi zəruridir


Bu gün Milli Məclisdə Hesablama Palatasının sədri Cənab Vüqar Gülməmmədovun dövlət büdcəsinin icrasına dair hesabatından sonra aşağıdakı qənaətlərə gəlmək olur. 2024-cü ildə satınalmalar 9,8 milyard manatla rekord səviyyəyə çatıb, publik hüquqi şəxslərin rolunun artması və dövlət sifarişlərinin 2,2 dəfə yüksəlməsi yeni güc balansının formalaşmaqda olduğunu göstərir.
Ən diqqətçəkən məqam isə büdcə kəsirinin planlaşdırılan 3,4 milyard manatdan əhəmiyyətli dərəcədə aşağı – 551,8 milyon manat səviyyəsində qalmasıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O deyib ki, bu kəsirin 6 dəfə az olması deməkdir:

"Artıq cəlb olunmuş 1,77 milyard manat isə sərbəst qalığa yönəldilib ki, bu da dövlətin maliyyə dayanıqlığı və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün təkanverici siqnaldır.
Beləliklə, publik hüquqi şəxslər həm sifarişləri, həm də vəsait axınlarını idarə edən başlıca oyunçuya çevrilir, dövlət kəsirinin azalması isə yeni maliyyə idarəetmə yanaşmalarının labüdlüyünü bir daha sübut edir".

İqtisadçı qeyd edib ki, büdcə kəsirinin əhəmiyyətli dərəcədə az olması və artıq cəlb olunmuş vəsaitlərin sərbəst qalığa yönəldilməsi dövlətin maliyyə dayanıqlığını və çevik idarəetmə qabiliyyətini göstərir:

"Amma eyni zamanda, satınalmaların və sifarişlərin həcminin rekord səviyyəyə çatması bu qədər böyük məbləğlərin idarə olunması üçün yüksək nəzarət, şəffaflıq və idarəetmə alətlərinin təkmilləşdirilməsini zəruri edir".

Anar Əliyev
Xəbəri paylaş