
Şimali Qazaxıstan vilayətində Mərkəzi Asiyanın ən böyük südçülük ferması tikilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, meqaferma 8 min başlıq üçün nəzərdə tutulub. Layihə “Zenchenko & Co. KS” şirkəti tərəfindən 9 milyard tengelik investisiya ilə başlayıb.
İstifadəyə verildikdən sonra o, Qazaxıstanda və Mərkəzi Asiyada ən böyük süd kompleksinə çevriləcək. Zavodda ildə 26 min ton süd istehsal olunacaq.
Cavid İmaməliyev