Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın ümid bəslədiyi Xamenei və Makron

Ermənistanın ümid bəslədiyi Xamenei və Makron


"Vətən Müharibəsi zamanı 45 minlik ordusunun 40 faizi fərarilik edən Ermənistanın gerbində qartal və aslanın yer alması, Ağrıdağın və Nuhun gəmisinin Ermənistana aid edilməsi siyasi komediya janrı üçün gözəl bir ssenaridir".

Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Ermənistanın konstitusiyası, gerbi, himni və bayrağı nə bu günün, nə dünənin, nə də sual altında olan gələcəyinin reallıqları ilə uyğun gəlir:

"İranın xoşagəlməz vəziyyətində təkrar silahlanmaya cəhd edən Ermənistan bütün bu atributları, konstitusiyasını və digər hüquqi sənədlərini dəyişdirilməyənə, məğlub tərəf kimi üzərinə düşən öhdəlikləri və tələblərimizi tam yerinə yetirməyənə qədər dizi üstdən qalxa bilməyəcək. Qalxmağa cəhd isə baha başa gələcək. Ermənistanın ümid bəslədiyi Xameneyi və Makronu isə artıq siyasi meyid hesab edə bilərsiniz".

Anar Əliyev
Xəbəri paylaş