
"Uzun illər ərzində həm ABŞ, həm də İran bir-birilərini düşmən olaraq elan etmələrinə baxmayaraq birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək addımlardan çəkiniblər. ABŞ-da ayrı-ayrı hakimiyyələrin dövründə İranla bağlı siyasət əsasən sərt sanksiyalar üzrəində qurulmuşdu.
Lakin Trampın ikinci dəfə hakimiyyətə qayıdışı hər şeyi dəyişdi. Əvvəlcə Bayden hakimiyyəti dövründə İsrailə verilməyən qırıcılar və ağır bombaların verilməsi istiqamətində addımlar atıldı, ardınca isə İranla danışıqlar prossesi dayandırıldı və İsrailə İrana zərbə endirmək icazəsi verildi. Heç kimə sirr deyil ki, İsrail İrana qarşı hərbi əməliyyatlara birbaşa Trampın razılığı ilə başlayıb".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, nəticədə biz 11 günlük gərgin savaşa şahidlik etdik və ən sonda da ABŞ-ın birbaşa hərbi müdaxiləsi ilə İranın əsas nüvə obyektlərinin bombalandığını gördük. İsrailin zərbələrinə cavab olaraq İranın da İsrailin hədəf alması ABŞ-la bağlı da müvafiq zərbələrin olmasını şərtləndiridi:
"İranın nüvə obyektlərində olan zənginləşdirilmiş uranın başqa yerə köçürüldüyünü bilə-bilə ən azından infrastrukturu sıradan çıxarmaqla İranı nüvə sahəsində on illərlə geri salan ABŞ bu zərbələrlə öz imicini və mövqeyini necə möhkəmləndirdisə İranda eyni şəkildə ABŞ-ın Qətər və İraqda olan və məlumatlara görə İran zərbələrinə görə boşaldılmış hərbi bazalarını vurmaqla öz imicini qorumuş oldu. Bununla da tərəflərin hər biri ilkin istəklərini təmin etmiş oldular.
İndi olduqca vacib mərhələ atəşkəs və danışıqlar mərhələsi başlayır. İranın artıq danışıqlar masasında hərbi əməliyyatlardan öncəki davranışlarını sərgiləmək imkanları yoxdur. İrana indi təklif olunacaq sazişin də əvvəlkindən daha sərt olacağına şübhə yoxdur. Hər şey danışıqlarda İranın necə davaranacağından asılı olacaq. İran ABŞ-ın istədiyi hər şeyə hə deyəcəyi halda nüfuzunu itirə, heç bir güzəşti qəbul etməyəvəyi halda isə hər şeyi itirə bilər. Qızıl ortanın tapılıb-tapılmayacağını zaman göstərəcək. Amma İranın hansısa güzəştlərə getməsi mütləqdir. Çünki İran son 10-11 gün ərzində İsrailin intensiv zərbələri nəticəsində istər komanda zənciri, istərsə də hərbi texnika sarıdan 8 il davam edən İran-İraq müharibəsindən daha çox zərər vurub. Mən hələ infrastrikturdan danışmıram".
Süleyman