Azərbaycanda 653 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 809 988 nəfərin koronavirus infeksiyasına....
Qəbələdə dağlıq ərazidə yanğın olub-VIDEO

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub. Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. FHN-in həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli....
Qazaxıstan Prezidenti: “Qarabağın nə qədər dinamik şəkildə dirçəlməsinin şahidiyik”

“BMT Təhlükəsizlik Şurasının nizamnaməsinə və qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü qələbə ilə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub”. “Report” Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev....
Bərdədə istehlaka yararsız ət aşkarlanıb

Bərdə rayonunda istehlaka yararsız ət aşkarlanıb. Bu barədə Newscenter.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. AQTA əməkdaşları Bərdə rayonu, Həsənqaya kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Nemət Təvəkkül oğluna məxsus heyvan kəsimi məntəqəsinə baxış....
Ermənistan bu tələblərə riayət etdiyi təqdirdə....-EKSPERT

"Laçının erməni separatçılarından və rus sülhməramlılardan təmizlənərək azad olunmasına saatlar qalır. Verilən məlumatlara görə artıq rus sülhməramlılarının postları sökülərək yeni yola daşınır. Laçın şəhəri tam olaraq bizim nəzarətimizə keçir. Yeni yolda quraşdırılacaq müvəqqəti postlar, 10....
Qazaxıstanın 65-ə yaxın şirkəti Qarabağda biznes qurmaq istəyir

"Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi, onların arasında Qazaxıstan kapitallı iki yüzdən çox şirkətin (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) olması buna sübutdur".....
Azərbaycan bundan sonra Ermənistana vaxt tanımamalıdır

“Avqustun 22-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirdi. Bildiyimiz kimi Sərsəng su anbarı mühüm starteji əhəmiyyətə malik olan bir obyektdir və rus sülhməramlılarının....
Bakıda uşaqları narkokuryerliyə cəlb etmək istəyən dəstə üzvləri saxlanılıb

Bakıda uşaqları narkokuryerliyə cəlb etmək istəyən dəstə üzvləri saxlanılıb. Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə....
Yevlaxın içməli su təchizatı yenidən qurulur

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yevlax şəhərində içməli su təchizatı infrastrukturunun yenidən qurulması layihəsinin icrası davam etdirilir. Layihənin birinci mərhələsi çərçivəsində sutəmizləyici qurğu və anbar kompleksinin inşası....
Bakıda 19 yaşlı qız itkin düşüb

Bakının Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar....
Qazaxıstan Prezidenti: "Ölkəmizdə İlham Əliyevi Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar"

Qazaxıstanda İlham Əliyevi bütün dünyada Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar. Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini....
İlham Əliyev: "Qazaxıstanla münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq"

"Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq". Newscenter.az xəbər verir ki, bunu avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim....
Azərbaycanlı alim vəfat edib-FOTO

Kimya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, professor Hikmət İbrahimov vəfat edib. Newscenter.az xəbər verir ki, o, avqustun 23-də 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Hikmət Camal oğlu İbrahimov 1951-ci ildə Naxçıvan....
İlham Əliyevin adından Kasım-Jomart Tokayevin şərəfinə rəsmi ziyafət verilib

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə rəsmi ziyafət verilib. Bu barədə Newscenter.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.....
Siyəzəndə saxlanılan Bakı sakinlərindən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik....
Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının iclası keçirilir

Bu gün Bakıda Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın I iclası keçirilir. Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev açıb. O, bildirib ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur:....
BMqT Azərbaycan nümayəndəliyi ölkəsinə qayıdan 274 Azərbaycan vətəndaşına reinteqrasiya yardımı göstərib

BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam etmişdir. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid....
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin iştirakı ilə biznes forum keçiriləcək

Bu il sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək. Newscenter.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviter səhifəsində qeyd olunub. “Sentyabrın 16-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı....
Azərbaycanda üç yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb

Avqustun 23-də Audiovizual Şuranın “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü, 51-ci və 52-ci maddələrini rəhbər tutaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün 13 iyul 2022-ci il tarixdən elan etdiyi 3 müsabiqə üzrə sənəd qəbulu başa çatıb.....
Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb. Newscenter.az nazirliyə istinadən xəbər verir....