Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının iclası keçirilir

Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının iclası keçirilir


Bu gün Bakıda Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın I iclası keçirilir.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev açıb.

O, bildirib ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur: "Bunlardan 35-i Azərbaycan, 24-ü isə Qazaxıstan şirkətidir. Ümidvarıq ki, gələcəkdə bu şirkətilərn sayı artacaq. Bu gün birinci iclasdır, bu platformanı Qazaxıstandan olan biznesmenlər üçün açıq elan edirik. İstəyirik ki, şura elə bir platforma olsun ki, iş adamları üçün lazımlı məlumatları təmin etsin. Hazırda ölkələrimiz arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, lakin biz istəyirik ki, Şura iqtisadi əlaqələrin təşviqində aparıcı qüvvələrdən biri olsun".

AZPROMO rəhbəri əlavə edib ki, həm Azərbaycan, həm də Qazaxıstan üçün qeyri-neft sektorunun şaxələndirilməsi vacibdir: "Bu baxımdan AZPROMO qeyri-neft sektorunun şaxələndirilməsi , investisiyaların cəlb edilməsi üçün fəaliyyət göstərən bir strukturdur".

Bundan başqa, onun sözlərinə görə, Qazaxıstanın "Bıg Group" şirkəti Füzulidə tikinti işlərinə cəlb edilib: "Bu bizim üçün çox önəmli hadisədir ki, dünyada tanınan bu cür böyük şirkət Azərbaycanda fəaliyyət göstərir".

İclasda çıxış edən Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov isə qeyd edib ki, ölkəsi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial görür: "İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək imkanları var. Son illər ticarət dövriyyəmiz artıb".
Xəbəri paylaş