Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Prezidenti: "Ölkəmizdə İlham Əliyevi Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar"

Qazaxıstan Prezidenti: "Ölkəmizdə İlham Əliyevi Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar"


Qazaxıstanda İlham Əliyevi bütün dünyada Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyırlar.

Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edərkən çıxışında deyib.

"Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz", - Qazaxıstan Prezidenti bildirib.
Xəbəri paylaş