"Laçının erməni separatçılarından və rus sülhməramlılardan təmizlənərək azad olunmasına saatlar qalır. Verilən məlumatlara görə artıq rus sülhməramlılarının postları sökülərək yeni yola daşınır. Laçın şəhəri tam olaraq bizim nəzarətimizə keçir. Yeni yolda quraşdırılacaq müvəqqəti postlar, 10 noyabr 2020 ildə imzalanmış üçtərəfli saziş əsasında həyata keçirilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu Qarabağla Ermənistan arasında gediş gəliş üçün nəzərdə tutulan hərəkət istiqamətini müəyyən edən yoldur:
"Ermənistan bu yola dəhliz statusu almaq üçün çaba sərf edir, amma Azərbaycan tərəfi bunun üçün öncədən təkid etdiyi şərtlərinin üzərində durmaqdadır.Bu sazişin 4-cü bəndinə əsasən, erməni qoşunlarının Qarabağdan çıxarılması və separatçıların qondarma müdafiə qoşunlarının tamamilə ləğv edilməsi , tələbidir. Bu tələblərə riayət olunduğu təqdirdə, yeni yolun status məsələsi müzakirə oluna bilər".
Mehman