Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda bir günə 143 nəfər koronavirusdan öldü



Newscenter.az.25.03.2020. İranda son sutka ərzində 2 206 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə məlumat verib.

O, “Twitter”də yazdığı postda İranda yoluxma hallarının ümumi sayının 27 017 nəfərə çatdığını bildirib. Nazir müşaviri həmçinin son gün ərzində 143 nəfərin virusdan öldüyünü də əlavə edib.

Onun sözlərinə görə, yoluxanlardan 9 625 nəfər sağalıb, ölənlərin sayı isə 2 077-yə çatıb.
Xəbəri paylaş