Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın Rəsulzadə yalanı



Newscenter.az.17.05.2020. Azərbaycanın Ermənistana qarşı faşizm üzərindən diplomatik və informasiya hücumuna keçməsi artıq işğalçı ölkədə narahatlıq yaradıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Azadlıq radiosuna verdiyi müsahibəyə baxdım. Onun Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmi Rəsulazadəni Hitlerlə əməkdaşlıqda ittihamları çox gülünc və erməni xislətinə uyğun yalan danışmaqdır.


Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Məmməd Əmin Rəsulzadə Hitleri işğalçı və xalqlara qarşı faciə törətməkdə ittiham edib və Hitlerin Azərbaycana müstəqillik vədinə inanmadığını vurğulayıb:

"M. Ə. Rəsulazadə heç vaxt faşistlərlə əmədaşlıq etməyib və SS üzvü olmayıb. Tarxi faktlar ortadadır. Azərbaycan legionerləri barədə Paşinyanın qeydlərinə gəldikdə isə, ümumiyyətlə Alman ordusunda bir çox millətlərdən formalaşan legionerlər olub. Faşist ordusunda isə ermənilər əsasən, yəhudilərə qarşı soyqırımda fəallıq ediblər".

Məhəmməd Əsədullazadə bildirib ki, bu gün Ermənistanda faşist Qaragen Njdeyə 6 metrlik abidənin qoyulması, birbaşa bu ölkənin Azərbaycan xalqına qarşı faşist idelogiyası ilə hərəkət etməsidir:

"Qarabağda erməni faşizmi davam edir. Nikol Paşinyanın Məmməd Əmin Rəsulazadə haqqında qeydlərini həm Rusiyada, həm də Azərbaycanda yaxşı bilirlər ki, yalandır".

Anar
Xəbəri paylaş