ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkdi-FOTOLAR

24-09-2020, 16:23



Newscenter.az.24.09.2020. Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalan şəhərində şəhid ailəsi və Qarabağ əlilinin evində olub onlara sosial problemlərinin həlli istiqamətində lazımı köməklik göstəriblər.

Newscenter.az xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin qayğısı ilə əhatə olunur. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyeva hər an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.

Naftalan Şəhər İcra Hakimiyyətin başçısı Vüqar Novruzovun və Millət vəkili Anar Məmmədovun dəstəyi ilə daha bir şəhid ailəsinin müraciəti əsasında ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülüb, yaşadıqları fərdi yaşayış evinin dam örtüyü yenilənib.

Bu gün şəhər rəhbəri və Millət vəkili şəhid İsa Məmmədovun ailəsinin yaşadığı evdə olub, görülən işlərlə, eləcə də ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Görülən işləri, eləcə də göstərilən diqqət və qayğını razılıq hissi ilə qeyd edən şəhidin bacısı Rəna Məmmədova qaldırılan məsələyə qısa bir vaxtda baxılmasına görə onlara minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısının Naftalanda öz real əksini tapdığını qeyd edən şəhidin bacısı hər zaman dövlətinə arxalandığını vurğulayıb.

Daha sonra Qarabağ müharibəsi əlili Yaməddin Dəmirovun müraciəti ilə əlaqədar onun yaşadığı evə baş çəkilib, ailənin şəraiti ilə yaxından tanış olunub və mənzil şəraitlərindəki problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ölkə rəhbərinin qayğısının bariz nümunələrindən biri də məhz, hazırda şəhər ərazisində 10-dan artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi yaşayış evlərinin inşası işlərinin aparılmasıdır.

Anar


Oxşar xəbərlər
SON XƏBƏRLƏR