Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İradə Gülməmmədova daha bir qanunsuzluğa göz yumub



Newscenter.az.1.01.2021. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova daha özbaşınalığa göz yumub və ona şərait yaradıb. Söhbət Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şura üzvləri sayının İradə Gülməmmədovanın bununla bağlı sərəncamına zidd olaraq 10 deyil, 15 nəfərdən ibarət müəyyən olunmasından gedir.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə özünün facebook profilində verib.

O, bildirib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova 16 avqust 2019-cu ildə 174 saylı sərəncam imzalayıb:

"Sərəncam Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsinin təşkili üçün Komissiyanın yaradılması haqqındadır. Sərəncamın 3-cü bəndində qeyd olunur ki, “Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 10 (on) nəfər müəyyən edilsin”.

Cəsarət Hüseynzadə bildirib ki, ancaq rayon icra hakimiyyətinin saytında İctimai Şuranın 15 nəfərdən ibarət olduğu qeyd edilir:

"Mən İctimai Şuraya üzv olan hər bir vətəndaş cəmiyyəti nümayəndəsinə dərin sayğımı bildirirəm və onlaırn fəaliyyətin də qiymətləndirirəm. Kimsə də başçının yaxşı işlərindən yazmasın. Zatən onun pis və yaxşı işləməsinin bu məsələyə heç adiyyatı yoxdur. Bu fakt təsdiqini taparsa ( rəsmi məlumatlar bunu təsdiq edir) başçının üzr istəməsi və cavabdehləri cəzalandırılması vacibdir".

Mehman

Xəbəri paylaş