Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qələbəmizə yaraşan mühüm addım

Qələbəmizə yaraşan mühüm addım


"2020 ci il,44 günlük vətən müharibəsindən bu günə qədər aparılan diplomatik siyasət bu günlərdə məntiqi nəticə ilə yekunlaşır. Həqiqətən də Ali Baş Komandan kimi Cənab İlham Əliyev “hansı qərarın nə vaxt vermək lazım olduqunu” bildiyini sübut elədi".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Əlabbas Məhərrəmli səsləndirib. O bildirib ki,Xankəndi qaldı deyənlərə, antiterror əməliyyatını edib nəticəni göstərdi:

"Ərazilərimizə başqa dövlətin ordusunu gətirdiz deyənlərə isə bu günlərdə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması fakt olaraq nümunə oldu. Olduqca müsbət sayılan bu addımın hansı diplomatik səylər hesabına baş verdiyini bilməmək olmur. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması, hətta 1 il tez cıxması Avropanı da şok vəziyyətə salıb. Tərk etmənin vaxtından əvvəl baş verməsinə münasibət bildirərkən bunu acıq biruzə verirlər. Artıq ABŞ da münasibətin bildirib. ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə müsbət yanaşıb. Bu, həqiqətən, cox müsbət, uğurlu qələbəmizə yaraşan olduqca mühüm addımdır".

Anar Əliyev
Xəbəri paylaş