Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı oldu

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı oldu


İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı adını qazanıb.

Newscenter.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) açıqlamasında belə qeyd edilib.

Belə ki, sözügedən hava limanı gündə orta hesabla 1428 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeyd olunub.

2023-cü ilin eyni dövrü ilə müqayisədə uçuşların sayını 10 faiz artıran İstanbul Hava Limanı, sıxlıq baxımından dünyanın ən işlək 10 hava limanından biri olub.

İstanbul hava limanını gündə 1343 uçuşla Amsterdam Schiphol, 1311 reyslə London Hitrou hava limanları izləyib.

Anar Əliyev
Xəbəri paylaş