Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və bəzi ölkələrin səfirləri Şuşaya niyə səfər etmir?

ABŞ və bəzi ölkələrin səfirləri Şuşaya niyə səfər etmir?


Müntəzəm olaraq Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları. ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin, səfirlərin işğaldan azad edilən ərazilərimizə səfərləri təşkil edilir. Ancaq maraqlısı odur ki, başda Birləşmiş Ştatlar olmaqla bir sıra ölkələrin səfirləri bu kimi səfərlərdən imtina edirlər.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı deyib ki, Azərbaycana səfər edən bəzi dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərlərin təşkili xüsusi siyasi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Ermənistanın 30 il ərzində hayata keçirdiyi vandalizm aktını gözləri ilə görürlər:

"Həmçinin bu Azərbaycanın ərazi bütövlüyünün tam tanınması deməkdir. Biz görürük ki, ABŞ və bəzi ölkələrin səfirləri Şuşaya səfər etmir.

Qeyd edim ki, əsasən Türk dövlətlərinin başçıları işğaldan azad olunmuş ərazilərə səfər edir. İşğaldan azad olunmuş ərazilərə və Şuşaya Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentəri səfər edib. Bu Türk birliyinin bariz nümunəsidir. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İ. Rəisi Azərbaycana səfər etsələr, onların da Şuşaya, Xankəndinə səfərini protokola salmaq lazımdır. 90-cı illərdə hər iki ölkənin Ermənistana dəstəyi sayəsində bu ərazilər viran edilib".

Süleyman
Xəbəri paylaş