Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma şəraitində inkişaf edir

Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma şəraitində inkişaf edir


"Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlərdə qurulmuş əlaqələr, xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, mədəni-humanitar, turizm; tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verən başlıca amillərdəndir".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Mətanət Qəribova Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev hər zaman Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır:

"Dövlət başçısının qeyd etdiyi kimi müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir”.

Anar Əliyev
Xəbəri paylaş