Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 34 min 535-ə çatıb

Qəzzada ölənlərin sayı 34 min 535-ə çatıb


İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 34 min 535-ə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu müddət ərzində yaralananların sayı isə 77 min 704 nəfər təşkil edib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada həmçinin o da bildirilib ki, son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 47 fələstinlinin həyatını itirib. 61 fələstinlinin isə yaralandığı bildirilib.

Anar Əliyev
Xəbəri paylaş