Newscenter.az.3.12.2018. “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Naxçıvan Muxtar Respublikası üzrə zona turniri baş tutub. “İRƏLİ” İctimai Birliyindən Newscenter.az-a bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti ölkəmizdə gənclərin hərtərəfli inkişafını təmin edib. Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəallıq göstərir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Sahir Rüstəmov “Azərbaycanın intellektual birincisi” layihəsinin gənclər üçün faydalı olacağını bildirib və iştirakçılara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir.
Ölkəmizdə gənclərə, onların inkişafına dəstək göstərildiyini vurğulayan “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verir.
Daha sonra “Azərbaycanın intellektual birincisi” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin 70-dən çox rayonundan 1500 gənc iştirak edib. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir.
Rəsmi hissə başa çatdıqdan sonra “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin regional turniri Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə keçirilib.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. “Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakı şəhərində keçiriləcək