Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəzaçəkmə müəssisələrindən azad olan gənclərə hüquqi yardım göstərilib

Cəzaçəkmə müəssisələrindən azad olan gənclərə hüquqi yardım göstərilib


Newscenter.az.3.12.2018.
Artıq bir müddətdir ki, «Rezonans» Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Yüksək riskli qruplardan olan və cəza çəkmə müəssisələrindən azad olan gənclərə sosail-psixoloji, hüquqi yardımın göstərilməsi və reabilitasiyası” layihəsi çərçivəsində tədbirlər bu ildə davam etmişdir. Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət üzrə isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli istiamətində fəaliyyət həyata keçirilir.

Newscenter.az xəbər verir ki, layihənin fəaliyyət palnına uyğun olaraq bir istiamət olaraq "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər çap edilmiş, maarifləndirmə xarakterli CD-lər hazırlanmışıdır. Digər iatiqmət üzrə isə CÇM-də tədbirlər keçirilmişdir. Tədbirlər bir neçə müəsissədə (2, 4, 9, 10, 11, 15, 17 və s.) keçirilmişdir. Tədbirlərdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişlər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılmışdır.

Tədbirlərdə layihə çərçivəsində hazırlanmış "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanmış və CÇM-nin kitabxanalarına hədiyyə edilmişdir.
Xəbəri paylaş