Newscenter.az.7.12.2018. ABŞ-da qadın ölü hesab etdiyi qızını onilliklər sonra tapıb.
"Newscenter.az" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Floridada baş verib. Ştatın 88 yaşlı sakini Jenevyeva Purinton ölmüş zənn etdiyi qızına 69 il sonra qovuşub. Məlumata görə, 69 il əvvəl həkimlər hansısa səbəbdən ana olan qadına körpəsinin öldü doğulduğunu bildiriblər.
Bu səbəbdən uşaq başqa ailəyə verilib. Lakin o, böyüyüb və həmişə öz anasını tapmağı arzu edib. DNT testi və müasir texnologiya artıq böyümüş qadına öz arzusunu həyata keçirməyə - yenidən anasına qovuşmağa kömək edib.
Ana və övladı görüşərkən göz yaşlarını saxlaya bilməyiblər.
Anar Tağıyev