Newscenter.az.10.12.2018. Sabah Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən biznes forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak edəcəklər.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən daxil olan məlumata görə, biznes forumda kənd təsərrüfatı naziri İnam Kərimovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPROMO) rəhbəri Yusif Abdullayevin, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatın, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin, Türk Kənd Təsərrüfatı Maşınları və Avadanlığı İstehsalçıları Assosiasiyasının (TARMAKBİR) sədri Şenol Önalın çıxışları nəzərdə tutulur.
Tədbir Bakı Biznes Mərkəzində, saat 11.00-da keçiriləcək