Newscenter.az.25.12.2018. Prezident İlham Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Newscenter.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə Nazirliyin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar mühəndis”
Bünyətov Yunis Heydər oğlu
“Əməkdar jurnalist”
Cəfərov Pərviz Əziz oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə Nazirliyin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abdullayeva Rəna Ramiz qızı
Əhmədov Nizami İbrahim oğlu
Əliyev Hidayət Məcid oğlu
Əsgərova Gülbahar Zəkəryə qızı
Əzizov Bəxtiyar Əskər oğlu
Həşimova Gülnarə İbrahim qızı
Xəlilova Minayə İbrahim qızı
İsgəndərova Xanım Kazım qızı
Məmmədov Məmməd Kərəm oğlu
Mirzəyeva Dürdanə Fərhad qızı
Nəcəfov Bayram Həsən oğlu
Nuriyeva Minayə Mikayıl qızı.