Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Loqos” da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

“Loqos” da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.


Newscenter.az.3.01.2019.
“Loqos” un təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Newscenter.az xəbər verir ki. tədbirdə “Loqos” un rəhbəri Təranə Məmmədova, media nümayəndələri və işçi kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən “Loqos” un rəhbəri Təranə Məmmədova son illər Azərbaycanda əldə edilmiş uğurlardan bəhs edib, 2018-ci ildə «Loqos” un qarşısında duran bütün vəzifələrin yerinə yetirildiyi bildirib. Natiq bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Biz hər birimiz işimizdə məsuliyyətli olmalı və dövlətimizin həyata keçirdiyi bütün layihələrdə uğurla iştirak etməliyik. T.Məmmədova çıxışının sonunda kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və uğurlar arzulayıbdır.

Tədbir konsert proqramı ilə davam edibdir.
“Loqos” da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Xəbəri paylaş