Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimaiyyət nümayəndələri AzMİU-da imtahan prosesini izləyib

İctimaiyyət nümayəndələri AzMİU-da imtahan prosesini izləyib


Newscenter.az.9.01.2019. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində ictimaiyyət nümayəndələrinin - millət vəkillərinin, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidə etmək üçün ənənəvi mediatur keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, imtahan otaqlarına baxışdan əvvəl nümayəndə heyətini universitetin rektoru, professor Gülçöhrə Məmmədova qəbul edib, qonaqlara payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahan qaydaları haqqında geniş məlumat verib. Rektor bildirib ki, sessiya zamanı tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün müvafiq tədbirlər görülüb, imtahanlar zamanı daxil olan şikayətlərin operativ araşdırılması, vaxtında həll edilməsi məqsədi ilə universitetdə imtahan qərargahı yaradılıb. Eyni zamanda rektor bildirib ki, özünün sədr olduğu Münaqişə komissiyası da fəaliyyət göstərir, imtahan nəticələrindən narazı qalan tələbələr komissiyaya müraciət edib şikayətlərini həll edə bilirlər. “Mən özüm şəxsən imtahanları birbaşa izləmək imkanına malikəm, imtahan zallarında baş verənləri görürəm. Universitet əməkdaşlarından ibarət rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. Yazılı imtahanların nəticələrinin şifrələnməsi, işlərin qiymətləndirilməsi, bütövlükdə yoxlama prosesinə nəzarət etmək üçün həmin otaqlarda müşahidə kameraları quraşdırılıb”.

Sonra imtahan zallarına baxış keçirilib, universitet rəhbərliyi, qonaqlar KİV nümayəndələrinin iştirakı ilə imtahan prosesini müşahidə ediblər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıblar, yazılı imtahan işlərinin kodlaşdırılması otağında olublar. KİV nümayəndələri imtahanların vəziyyətini öyrənmək üçün tələbələrə suallar veriblər, imtahanın gedişi ilə maraqlanıblar. Nümayəndə heyəti AzMİU-nun Memarlıq fakültəsinin yeni binası ilə də tanış olublar, layihələndirmə dərslərinin qiymətləndirilməsi otağına baş çəkib, tələbələrin işlərinə baxıblar.
Xəbəri paylaş