Newscenter.az.23.01.2019. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 3-cü kurs tələbəsi Leyla Mehdiyeva 3-6 dekabr tarixlərində Fransanın Marsel şəhərində Avropa Kosmos Həftəsində iştirak edib.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Azərbaycan – Fransız Universitetinin (UFAZ) “TensorScience” komandasının tərkibində tədbirə qatılan Leyla burada “İnterconnectivity” panelində təqdim olunan layihənin dizayneridir. Onu da qeyd edək ki, “Geospinner” adlanan bu layihə ötən ilin mayında Azərbaycanda ilk dəfə keçirilən və UFAZ-ın ev sahibliyi etdiyi ActinSpase beynəlxalq müsabiqəsində nümayiş olunub və 2-ci yerə layiq görülüb.
5 gün davam edən konfransda dünyanın müxtəlif ölkələrindən 800-ə yaxın qonaq, 30-a yaxın spiker iştirak edib. Panelin rəsmi qonaqları və eyni zamanda spikerləri arasında Fransanın Ali Təhsil, Araşdırma və İnnovasiya naziri, Fransanın Kosmik tədqiqatlar Mərkəzinin prezidentivə Avropa Kosmik Agentliyinin baş direktoru olub. Onu da qeyd edək ki, “TensorScience” komandasının üzvləri konfransda çıxış edən spikerlər arasında ən gənc iştirak çılar olublar. Azərbaycanı təmsil edən yeganə startap layihəsi olan “Arteve” konfrans iştirakçıları tərəfindən də böyük maraqla qarşılanıb. Belə ki, artıq həyata keçirilmiş və fəaliyyət mərhələsində olan digər layihələrdən fərqli olaraq “ARteve” paneldə prototip şəklində təqdim olunub.