Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib


Newscenter.az.18.02.2019. İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzindən verilən məlumata əsasən, Belçikada yerləşən “Think Out” təşkilatı və Gent bələdiyyəsinin əməkdaşlığı ilə İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən Belçikanın Gent şəhərində “Qüdsün İnsan Simaları” adlı beynəlxalq foto-sərgi keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, sərgi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri konfransının müvafiq qərarı ilə təsdiq olunmuş və İƏGF ilə Fələstin Gənclər və İdman Şurasının birgə həyata keçirdiyi Qüds – İƏT Gənclər paytaxtı 2018 beynəlxalq proqramı çərçivəsində təşkil olunub. Sərgidə Qüdsün işğalının 51-ci ilini simvolizə edən 51 foto nümayiş etdirilib. Fotolar 2018-ci il boyunca Qüdsdə yaşayan və ya Qüdsü ziyarət edən gənclər tərəfindən çəkilərək, Qüds – İƏT Gənclər paytaxtı 2018 proqramının təşkilat komitəsinə təqdim edilib.

Yerli əhali tərəfindən maraqla qarşılanan və ictimai fəallar, elm adamları və media nümayəndələri ilə yanaşı xristian demokratlar, liberallar, yaşıllar və fəhlə partiyaları nümayəndələrinin də iştirak etdiyi tədbirdə Belçika Federal Parlamentinin millət vəkili Vəli Yüksəl, Belçikadakı Fələstin səfirliyinin müşaviri Hassan Al-Balavi və həmçinin Gent Universitetinin Fələstin əslli dosenti Mohammed Al Saftavi də çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib və bu təşəbbüs üçün Bakıda yerləşən İƏGF Avrasiya Regional Mərkəzinə təşəkkür ediblər.
Xəbəri paylaş